“Topaz”: “Konyaspor” üçün lənətlənmiş səfər

Proqnoz həvəskarlarını həftə ərzində ən çox məşğul edən günlər yetişdi. Allsport.az saytı xəbər verir ki, cümə, şənbə, bazar dünyanın futbol meydanlarında yüzlərlə qarşılaşmanın keçirildiyi günlərdir və bu səbəbdən də əksər mərc həvəskarları məhz bu günlərdə “iş başında” olur.

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” həftənin cümə günü üçün müştərilərinə mərc etməyə 122 oyun təklif edir. Bura 3 qitədə – Avropa, Asiya və Amerikada keçiriləcək qarşılaşmalar daxildir. Bu görüşlərdən 44-nə canlı, 8-nə isə həm canlı, həm də “təkli” mərc etmək olar. “Təkli oyunlar” sırasında 13-cü turun açılış matçı – “Qalatasaray” – “Konyaspor” görüşü də var. 12 turda 23 xal toplayan “cim-bom” lider “Başakşəhər”dən 4 xal geri qalır. Hesbında 17 xalı olan “Konyaspor” isə 9-cu pillədə qərarlaşıb. Axşamkı oyuna Fatih Terimin komandası ciddi itkilərlə çıxacaq. Cəzalı vəziyyətdə olan Ndiaye, Donk və Rodriges, zədəlilər – Belhanda, Sinan Gümüş və Emre Akbaba “Konyaspor”a qarşı oynamayacaq. Əvəzində zədəsini sağaldaraq məşqlərə qoşulan Naqatomo, Fernando, Sərdar Əziz və Eren Derdiyoku bu axşam meydanda görə bilərik. Türkiyə çempionatları tarixində indiyədək konyalılar bir dəfə olsun belə, səfərdə “Qalatasaray”a qalib gələ bilməyib. “Tilsim”in bu dəfə qırılıb-qırılmayacağını axşamkı dueldə görəcəyik. “Topaz”ın bu qarşılaşma üçün təklif etdiyi əmsallar: “Qalatasaray”ın qələbəsi 1.90, heç-heçə 3.20, “Konyaspor”un qələbəsi 3.95.

Almaniya Bundesliqasında 12-ci tur autsayderlərin dueli ilə başlayacaq. Leverkuzendə “Bayer” sonuncu pillədə qərarlaşan “Ştutqart”ı qəbul edəcək. Hazırda Bundesliqada aşağı sıralarda vəziyyət elədir ki, “Ştutqart” bu axşam qalib gələcəyi halda, sonuncu sıradan qurtulub azı 3-4 pillə irəliləyə bilər. Maraqlı matça “Topaz”da bu əmsallarla mərc edə bilərsiz: “Bayer”in qələbəsi 1.55, heç-heçə 4.00, “Ştutqart”ın qələbəsi 4.80.

Fransa Liqasında 14-cü turun açılış matçında qonşular üz-üzə gələcək. Həm coğrafi baxımdan bir-birinə yaxın olan, həm də turnir cədvəlində qonşu olan Lion və Sent- Etyen şəhərlərinin komandaları tarixlərində 108-ci dəfə üz-üzə gələcək. Bu oyunların 35-də “Lion”, 40-da isə rəqibi qalib gəlib. 33 matçda heç-heçə qeydə alınıb. Hazırda lionlular turnir cədvəlində 24 xalla 4-cü, “Sent-Etyen” isə 23 xalla 5-ci sıradadır. “Lion” çempionlar liqası da daxil olmaqla keçirdiyi son 6 matçın heç birində uduzmayıb. “Sent-Etyen” isə Fransa liqasında son 4 oyundan ikisini udub, ikisində də 1 xal qazanıb. “Topaz”da həm canlı, həm də “təkli” mərc edə biləcəyiniz bu qarşılaşmanın əmsalları belədir: “Lion”un qələbəsi 1.50, heç-heçə 3.80, “Sent-Etyen”in qələbəsi 4.80.

Bu və digər oyunlara “Topaz”da mərc etməklə qazanmaq imkanınız var. Təklif bizdən, dəyərləndirmək sizdən.

Həmin kateqoriyadan