“Topaz”: Parisdə ölüm-dirim matçı, “Qalatasaray” üçün son fürsət

Çempionlar liqasında bu axşam keçiriləcək 8 oyunla qrup mərhələsinin 5-ci turuna yekun vurulacaq. Allsport.az saytı xəbər verir ki, nəticələrdən asılı olaraq, növbəti mərhələyə çıxacaq daha bir neçə bir komandanın da adı məhz bu görüşlərdən sonra məlum olacaq. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” bugünkü Çempionlar Liqası matçlarının 6-na “təkli oyun” statusu verib. Canlı mərci isə liqanın bütün görüşlərinə etmək olar. Ümumiyyətlə, bu gün “Topaz”ın canlı mərcə çıxardığı oyunların sayı kifayət qədər çoxdur. Proqramda yer alan 74 qarşılaşmadan 39-na canlı mərc etməyiniz mümkündür.

Gecənin maraq doğuran oyunlarından ilk növbədə ölkəmizdə böyük azarkeş ordusu olan “Qalatasaray”ın “Lokomotiv”lə duelini qeyd edə bilərik. 4 turun hamısında uduzan Moskva klubu pley-offa çıxmaq şansıın itirib. “Qalatasaray” isə 2-ci yeri tutmaq imkanını saxlamaq üçün bu axşam mütləq qalib gəlməlidir. “Cim-bom”un heyətdəki itkiləri Belhanda, Əmrə Akbaba və Sinan Gümüşdür. Ruslar isə matça tam heyətlə hazırdır. 16 il əvvəl də “Lokomotiv”lə eyni qrupda oynayan “Qalatasaray” o zaman səfərdə 2:0 hesablı qələbə qazanmışdı. Fatih Terimin komandası Moskvanın qarlı-şaxtalı havasına sinə gərərək axşamkı matçı da qələbəylə bitirərsə, onda şansını son tura daşıyacaq. Əks təqdirdə, türklər üçün ÇL bitəcək. “Qalatasaray”ın 2 ay əvvəl İstanbulda keçirilən ilk görüşdə 3:0 hesablı qələbə qazandığını nəzərə alsaq, “cim-bom”un Rusiyadan zəfərlə dönməsi əlçatmaz arzu kimi görünmür. Saat 21:55-də başlayacaq qarşılaşmaya “Topaz”da həm canlı, həm “təkli” mərc edə bilərsiz. Əmsallar: “Lokomotiv”in qələbəsi 2.30, heç-heçə 3.00, “Qalatasaray”ın qələbəsi 2.95.

Eyni saatda daha bir oyun başlayacaq: “Atletiko” – “Monako”. İspanlara növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmək üçün 1 xal da kifayət edir. Hesabında cəmi 1 xalı olan “Monako”nun bütün ümidi isə 3-cü yeri tutub, Avroliqaya yollanmaqdır. Madrid klubunun bu dueldə aşkar favorit göstərilməsi qanunauyğundur: “Atletiko”nun qələbəsi 1.15, heç-heçə 5.25, “Monako”nun qələbəsi 12.

ÇL-in qalan 6 oyunu isə gecə saat 12-də başlayacaq. Həyati əhəmiyyətli oyunlardan biri PSJ – “Liverpul” matçıdır. İngilslər 6 xalla “Napoli” ilə liderliyi bölüşür. PSJ isə 5 xalla 3-cü yerdədir. Qələbə “Liverpul”u 18 finala çıxaracaq. Hər iki komanda qarşılaşmaya itkilərlə çıxacaq. “Liverpul”da Oriqi, Oksleyd-Çemberlen, Fransa çempionunda isə Daqba, Nsoki və Xese oynamayacaq. Zədəsini sağaldan Neymar və Mbappe oyun ərəfəsində son məşqdə iştirak etməsələr də, hər ikisinin meydanda olacağı gözlənilir. Tərəflərin ilk dövrədəki görüşündə “Liverpul” 3:2 hesablı qələbə qazanmışdı. Axşamkı duelin də qol sarıdan məhsuldar keçəcəyini təxmin etmək olar. “Topaz” bu maraqlı matç üçün müəyyənləşdirdiyi əmsallar: PSJ-nin qələbəsi 2.00, heç-heçə 3.65, “Liverpul”un qələbəsi 3.10.

“B” qrupunda “Tottenhem” – “İnter” görüşü ingilislər üçün son şansdır. Yalnız qələbə londonluların növbəti mərhələ şansını saxlayacaq. Çünki son turda ingilislərin rəqibi qrup lideri “Barselona” olacaq. “İnter” isə bu axşam 1 xal qazanacağı halda özünü rahat hiss edə bilər. “Topaz”ın təklif etdiyi əmsallar: “Tottenhem”in qələbəsi 1.65, heç-heçə 3.80, “İnter”in qələbəsi 4.50.

Bu və digər matçlara “Topaz”da mərc etməklə gecənin futbol keyfinə rəng qata bilərsiniz. Təklif bizdən, dəyərləndirmək sizdən. Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.

Həmin kateqoriyadan