Topaz premyer liqasının püşkü nə vaxt atılacaq?

Topaz premyer liqasında yeni mövsümün püşkatmasının vaxtı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, tədbir iyulun 27-də AFFA-nın inzibati binasında saat 12:00-da başlayacaq.

Azərbaycan çempionatında bu mövsümdə yenə 8 komanda – “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sumqayıt”, “Keşlə”, “Səbail” və “Sabah” mübarizə aparacaq.

Həmin kateqoriyadan