“Topaz”: Xorvatlar qisas, finlər 1 xal, Belarus və Avstriya qələbə arzusunda

Millətlər liqasında həlledici oyunlar başlayır. Allsport.az saytı xəbər verir ki, bu gün 4 divizion üzrə keçiriləcək 9 matçla yarışda 5-ci tura yekun vurulacaq. Artıq bu turda bəzi komandalar qrup qalib olmağı və gələn il keçiriləcək pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bu maraqlı və həyəcanlı futbol axşamına Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”la rəng qata bilərsiniz.

Günün bütün maraqlı qarşılaşmaları “Topaz”da proqnoz həvəskarlarına təqdim olunur. Ümumilikdə, bugünkü proqramda 29 qarşılaşma yer alıb ki, onlardan da 9-na “təkli” mərc etmək olar. 19 oyun isə canlı mərcə çıxarılacaq. Günün ən çox maraq doğuran oyunlarından ilk növbədə A divizionunun 4-cü qrupunda keçiriləcək Xorvatiya – İspaniya görüşünü qeyd etmək olar. Xorvatlar 2 ay əvvəl ispanlardan aldığı 0:6 hesablı ağır məğlubiyyətin əvəzini çıxmaq üçün “alışıb-yanır”. Həmin oyunla müqayisədə baş məşqçi Zlatko Daliçin heyətlə bağlı problemi demək olar ki, yoxdur. Zədəsini sağaldan Kramariç və Rebiç bu axşam böyuk ehtimalla, meydanda olacaq. İspaniya millisi isə xorvatlara yenə qalib gələcəyi halda, sonuncu turun nəticəsindən asılı olmayaraq qrup liderliyini və pley-off mərhələsinə vəsiqəni təmin edəcək. İndiyədək ispanlara qarşı keçirdiyi 5 dueldə cəmi bir dəfə qalib gəlməyi bacaran xorvatlar bu axşam Zaqrebin məşhur “Maksimir” arenasında hesablarına növbəti qələbəni yazmağa çalışacaq. Saat 23:45-də başlanacaq matça “Topaz”da həm canlı, həm “təkli” mərc etmək olar. Əmsallar: Xorvatiyanın qələbəsi 3.55, heç-heçə 3.15, İspaniyanın qələbəsi 2.00.

B divizionunda 3-cü qrupda yer alan Avstriya ilə Bosniya və Hersoqovinanın qarşılaşması da prinsipial xarakterlidir. Bu, əvvəlki 3 oyunun hamısında qalib gələn bosniyalıların qrupda sonuncu matçıdır. Vyana səfərində hətta 1 xal qazansalar belə, Balkan təmsilçisi liderliyini qoruyub saxlayacaq və pley-offa vəsiqəni rəsmiləşdircək. Avsrtiya yığmasına isə qrup lideri olmaq üçün həm bu axşam, həm də noyabrın 18-i Şimali İrlandiya ilə görüşdə qələbə lazımdır. Vyananın populyar “Ernest Happel” stadionunda keçiriləcək matç saat 23:45-də başlanacaq. “Topaz”da bu “ölüm-dirim” qarşılaşmasına bu əmsallarla mərc edə bilərsiniz: Avstriyanın qələbəsi 1.75, heç-heçə 3.10, Bosniya və Hersoqovinanın qələbəsi 3.80.

Eyni situasiya “C” divizionunda, 2-ci qrupdadır. 4 oyunun hamısında qalib gələn Finlandiya ən yaxın izləyicisi Yunanıstanı 6 xal qabaqlayır. Bu axşam Afinada üz-üzə gələcək bu komandaların duelində finlərə 1 xal da kifayətdir ki, rəqibləri üçün əlçatmaz olsun. Yunanıstan isə pley-offa vəsiqə qazanmaq şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Hərçənd aralarındakı son 3 oyunda yunanlar finlərə bata bilməyib. “Topaz”ın həm “təkli”, həm canlı mərc statusu verdiyi duelin əmsalları belədir: Yunanıstanın qələbəsi 1.95, heç-heçə 2.75, Finlandiyanın qələbəsi 3.70.

Və son olaraq Azərbaycan yığmasının da yer aldığı “D” divizionunda günün matçı haqda. Burada “günün matçı” 2-ci qrupda keçiriləcək Lüksemburq – Belarus görüşüdür. 4 turdan sonra Lüksemburq Belarusu 1 xal qabaqlamaqla qrup lideridir. Ötən ay Minskdə keçirilən ilk dueldə meydan sahibləri qələbə qazanmaqla Lüksemburqla xal fərqini minima endirdi. Bu gün qərbi avropalılar qalib gəlsə, lider kimi pley-offa vəsiqəni təmin edəcək. Belarus millisi də 3 xal qazanacağı halda böyük ölçüdə həmin vəsiqəyə sahib çıxacaq. Çünki belarusluların qrupda son oyunu zəif San-Marinoya qarşı olacaq ki, orada da xal itirmək ehtimalları 0-a bərabərdir. “Topaz”ın bu maraqlı oyun üçün müəyyənləşdirdiyi əmsallar belədir: Lüksemburqun qələbəsi 2.65, heç-heçə 2.80, Belarusun qələbəsi 2.40.

Bu oyunlardan başqa, bu axşam keçiriləcək Almaniya – Rusiya (kod 624, saat 23:45), İrlandiya – Şimali İrlandiya (kod 625, saat 23:45) və İngiltərə – ABŞ (kod 626, saat 00:00) kimi maraqlı yoldaşlıq görüşlərinə də “Topaz”da mərc edə bilərsiniz.

Həmin kateqoriyadan