“Topaz”da bu gün: Niderland 16 illik tilsimi qıra biləcəkmi?

Milli komandaların oyunlarına görə əksər ölkələrin yüksək liqalarında bu həftə fasilə yaransa da, aşağı divizionlarda mübarizə öz axarı ilə davam edir. Allsport.az saytı xəbər verir ki, məhz bu liqalardan seçilmiş oyunlara görə Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” ənənəvi olaraq müştərilərinə müxtəlif futbol matçları ilə zəngin şənbə proqramı təqdim edir.

Yüksək liqalarda fasilə olmasına baxmayaraq, “Topaz”ın bu günkü proqramında nə az, nə çox – 277 görüş yer alıb. Seçim coğrafiyası da genişdir: dünyanın bir tərəfindən digərinə – Yaponiyadan Peru liqasına qədər. Əsas diqqət isə təbii ki, milli komandaların görüşlərinədir.

Millətlər liqasında bu gun keçiriləcək 9 qarşılaşmadan 6-sına “Topaz”da “təkli” mərc etmək olar. Gecənin ən çox maraq doğuran oyununda Hollandiya öz meydanında Almaniyanı qəbul edəcək. Millətlər Liqasının 1-ci qrupunda Fransa ilə yanaşı yer alan bu komandalardan Almaniyanın aktivində 1 xal var. Hollandlar isə Fransaya uduzduğundan xalsızdır. Qonşular futbol meydanında indiyədək 12 dəfə üz-üzə gəlib. Bu duellərin 5-də almanlar, ikisində isə “narıncılar” qələbə qazanıb. 5 görüşdə qalib müəyyənləşməyib. Hollandiya sonuncu dəfə bundestimi 16 il əvvəl – yoldaşlıq matçında məğlub edib. O vaxtdan bəri “narıncılar” üçün “alman sindrom”u davam edir. Tərəflərin sayca 13-cü olacaq bu dəfəki dueli saat 22:45-də başlayacaq. Amsterdamda keçiriləcək matçı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. “Topaz”da bu maraqlı qarşılaşmaya həm “tək”, həm də canlı mərc edə bilərsiz. Əmsallar: Hollandiyanın qələbəsi 3.10, heç-heçə 3.35, Almaniyanın qələbəsi 2.10. “Alt” üçün mərclər 2 əmsalla, “üst” üçün isə 1.70-lə qəbul edilir.

Amsterdamdakı matçdan başqa keçmiş müttəfiqlər – Slovakiya ilə Çexiyanın görüşü (kod 298, saat 17:00), Norveç – Sloveniya (kod 436, saat 20:00) və İrlandiya – Danimarka (kod 469, saat 22:45) duelləri də maraqlı mübarizə vəd edir. Bu görüşlərin hər birinə “Topaz”da həm “təkli”, həm də canlı mərc edə bilərsiniz.

Həmin kateqoriyadan