“Topaz”ın şənbə proqramı: 374 matç!!!

Mərc həvəskarlarının səbrsizliklə gözlədiyi həftəsonu yetişdi. Allsport.az saytı xəbər verir ki, şənbə-bazar dünyanın demək olar ki, hər yerində çempionat matçları keçirildiyindən proqnozsevərlərin seçim imkanı geniş olur. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” da öz müştərilərinə bu gün rəngarəng proqram təklif edir: tam 374 matç!!! Bunlardan 27 qarşılaşmaya “təkli” mərc etmək mümkündür. Canlı mərcə çıxarılacaq oyunların sayı isə 100-dən artıqdir. “Təkli” oyunlar arasında daha çox maraq doğuran görüşləri və əmsalları diqqətinizə çatdırırıq.

15:30. “Çelsi” – “Mançester Yunayted” (kod 282)

Premyer liqada mövsümün oyunlarından biri. 8 turun heç birində uduzmayan “Çelsi” qeyri-sabit qrafik cızaraq 8-ci pillədə qərarlaşan “Mançester Yunayted”ə qarşı. “Qırmızı şeytanlar” “Stemford Bric”də sonuncu qələbəni düz 6 il əvvəl – 2012-nin 28 oktyabrında qazanıb. Ondan sonra bu stadiona bütün səfərlər mançesterlilər üçün bir heç-heçə istisna olmaqla məğlubiyyətlə bitib. Ümumiyyətlə, bu tərəflərin 182-ci dueli olacaq. Statistikada “Mançester Yunayted” üstünlüyü var. 53 məğlubiyyətə qarşı, 74 qələbə. Topların fərqi 283-220. Amma hazırda tərəflərin mövcud durumu “Çelsi”yə favorit statusu verir. Bunu “Topaz”ın əmsallarından da görmək olar: “Çelsi”nin qələbəsi 1.65, heç-heçə 3.60, “Mançester Yunayted”in qələbəsi 4.45. “Yunayted” hər nə qədər qeyri-sabit oynasa da, matçın “Çelsi” üçün asan keçməyəcəyi şübhə doğurmur. Üstəlik Joze Mourinyo amilini də nəzərə almaq lazımdır. Don Jozenin vaxtilə baş məşqçi kimi böyük uğurlar qazandırdığı “Çelsi”yə qarşı hansı oyunu ortaya qoyacağı maraqla gözlənilir.

20:30. “Şalke” – “Verder” (kod 539)

7 turda cəmi 2 qələbə qazanıb, 5-də uduzan “Şalke”nin vəziyyəti qeyri-sabit olaraq qalır. Üstəlik komandanın lazareti zədəlilərlə doludur. Nə az, nə çox – düz 12 futbolçunun “Verder”ə qarşı oynayacağı sual altındadır. 7 turda cəmi bir dəfə uduzan bremenlilər isə ilk “üçlüy”ə daxil olmaq iddiasındadır. Tərəflər arasında indiyədək baş tutatn 104 görüşün 41-də “Şalke”, 42-də isə “Verder” qələbə qazanıb. Aralarındakı son 6 matç “üst” bitib. Bu günkü qarşılaşma üçün “Topaz”ın təklif etdiyi əmsallar: “Şalke”nin qələbəsi 1.90, heç-heçə 3.10, “Verder”in qələbəsi 3.30.

22:45. “Barselona” – “Sevilya” (kod 695)

La Liqanın liderləri “Nou Kamp”da üz-üzə gələcək. Son 2 il yarımda ilk dəfə “Barsa” primeroda ardıcıl 4 turdur qələbə qazana bilmir. Elə bunun nəticəsidir ki, “Sevilya” 1 xal çox toplamaqla liderlik kürsüsünü ələ keçirib. “Barselona” ardıcıl uğursuzluqları bu axşam “Sevilya” üzərində qələbə qazanıb zirvəyə yüksəlməklə unutdura bilər. Tərəflərin duelləri adətən məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, son 7 qarşılaşmanın hamısı “üst” nəticələnib. “Topaz”ın axşamkı duelə təklif etdiyi əmsallar: “Barselona”nın qələbəsi 1.25, heç-heçə 5, “Sevilya”nın qələbəsi 6.30.

Bunlardan başqa, “Topaz” müştəriləri bu gün “Volfsburq” – “Bavariya”, “Udineze” – “Napoli”, “Vilyareal” – “Atletiko Madrid”, “Sivasspor” – “Fənərbağça”, “Ştuttqart” – “Borussiya Dortmund” kimi görüşlərə də “təkli” mərc edə bilər.

Təklif bizdən, qazanmaq sizdən.

Həmin kateqoriyadan