“Topçular”ın Bakı planı

“Arsenal”ın Bakıya səfər planı bilinib. Allsport.az saytı xəbər verir ki, “topçular” mayın 20-də Londonda bir araya gələcək. Orada 3 gün hazırlıq keçdikdən sonra, ayın 25-də paytaxtımıza doğru yol alacaq.

“Arsenal” bizdə 3 məşq keçmək niyyətindədir. Mayın 29-da Bakı olimpiya stadionunda avropa liqasının finalı saat 23:00-da başlayacaq və rəqib difər London klubu “Çelsi” olacaq.  

Həmin kateqoriyadan