Toplu və topsuz çalışmalar

“Qəbələ” Antalya hazırlığınln 2-ci mərhələsinin 12-ci gününü başa vurub. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” günü bir məşqlə tamamlayıb. Səhər çalışması meydançada gerçəkləşib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra edib.

Günün ikinci yarısında hakimlər İnqilab Məmmədov və Mübariz Haşımov “Qəbələ”nin məşqçi və futbolçu heyəti üçün seminar keçirib. Ədalət təmsilçiləri videoçarxlar nümayiş etdirməklə komanda üzvlərini oyun qaydalarındakı yeniliklər barədə məlumatlandırıb.

Həmin kateqoriyadan