Tour d’Azerbaïdjan-2015-də 2-ci mərhələ: Müqerli ikinci oldu

Bu gün “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün ikinci mərhələsi keçirilib. Allsport.az xəbər verir ki, velosipedçilər 187 kilometr məsafə qət etməklə mərhələni İsmayıllıda başa vurublar.

Ölkəmizi yarışda təmsil edən “Synergy Baku” komandası “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün ikinci mərhələsində də fərqlənib. Belə ki, komandamızın üzvü Matey Müqerli mərhələni ikinci sırada başa vurub.

İkinci mərhələnin qalibi “Adria Mobile” komandasının velosipedçisi Primoj Roqliç olub. “Eyrqas Seyfvey” komandasının idmançısı Kris Horner isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirakçılar “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar. Beş gün davam edəcək yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.

Həmin kateqoriyadan