“Tour d’Azerbaidjan-2016”da 3-cü mərhələyə start verilib

Bu gün 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşün üçüncü mərhələsi start götürüb. Allsport.az saytı xəbər verir ki, adı çəkilən mərhələdə iştirakçılar yarışa Qəbələ Şəhər İcra Hakimiyyətinin qarşısından başlayıblar. Onlar Oğuz və Şəki rayonlarının ərazisindən keçəcəklər.

Qoşaçarxçılar həmin gün 177,2 kilometr məsafə qət etdikdən sonra başlanğıc nöqtədə mərhələni başa vuracaqlar. Turda 19 ölkədən 21 komanda iştirak edir. İştirakçılar 4-cü mərhələdə Qəbələ – Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

Həmin kateqoriyadan