Tour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı dəqiqləşib

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d`Azerbaidjan” veloyürüşü gələn il 3-7 mayda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, artıq bu yarış UCİ-ın 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim plana daxil edilib.

Veloturun məhz bu tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək üçün gözəl imkandır.

Xatırladaq ki, ilk Avropa oyunları öncəsi təşkil olunan “Tour d`Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Bakı-2015-in keçirildiyi idman qurğularını təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi.

UCİ-ın təqvim planında nüfuzuna görə dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı “Champion-Race Azerbaijan” beynəlxalq yarışı da yer alıb.

Həmin kateqoriyadan