“Tour d’Azerbaidjan-2018”in vaxtı müəyyənləşib

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 dərəcəli “Tour d’Azerbaidjan-2018” turunun keçirilmə vaxtı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, gələn ili mayın 9-13-də ən güclü qoşaçarx komandaları yenidən Azərbaycanda ötüşəcəklər. 5 günlük yarış artıq UCİ-nin yeni il üçün müəyyənləşdirdiyi təqvim planına da daxil edilib.

“Tour d’Azerbaidjan-2018” şosse velosipedi üzrə gələn ilin mayında qəbul edəcəyimiz yeganə yarış olmayacaq – sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də birgünlük “Bakı-Xızı Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

Xatırladaq ki, şosse velosipedi üzrə gələn ilin mayında keçiriləcək bu 2 yarışdan əlavə, iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq.

Həmin kateqoriyadan