Tovuzda ümummilli liderin 94-cü ildönümünə futnet turniri

Bu gün Tovuz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətinə Qərb bölgəsi üzrə futnet turnirinin püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasimdə Futnet assosiasiyasının baş katibi Əfqan Həmzəyev, yarışların keçirilməsi departamentinin rəhbəri Gülağa Cabbarov, qərb bölgəsi üzrə nümayəndəsi Nofəl Əzizov, Tovuz Rayon Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov eləcədə iştirakçı komandaların nümayəndələri və azarkeşlər iştirak ediblər.

İştirakçılara futnet oyunun tarixi, qaydaları, ölkəmizdə yayılması haqda geniş məlumat verilib. Daha sonra püşk atılıb. Yarış dairəvi sistemlə keçiriləcək. İştirakçı komandalar bunlardır: “Tovuz”, “Turan”, “Bozalqanlı”, “Əmirli”, “Sultan Store”, “Qovlar MRB”, “Qazax”, “Gəncə 020”.

Qeyd edək ki, mükafatçılar sırasına düşəcək komandalar may ayının 27-28-i tarixlərində Bakıda keçiriləcək super finala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan