Tovuzda və Gəncədə danışılmış oyunlarla bağlı məşğələ

“Turan Tovuz” və “Kəpəz” klublarının 1-ci divizionda mübarizə aparan komandalarının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.  Allsport.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyunlar  haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolu qorumaqdır” mövzularında  mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Məşğələ iştirakçılarına idman yarışlarının manipulyasiyası haqqında konvensiya, cinayət məcəlləsinə, bədən tərbiyəsi və idman haqqında Azərbaycan respublikasının qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də intizam komitəsinin intizam məcəlləsi haqqında seminar iştirakçılarına məlumat verilib.

Həmin kateqoriyadan