Trabzonda “offroad” yarışlarında Azərbaycan təmsilçiləri də uğur qazanıblar

Oktyabrın 25-də Türkiyənin Trabzon şəhərində Qara dəniz Offroad Platforması İsmət Dönməz adına Məhəllə Kubokunun 3-cü mərhələsi keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizi bu yarışda təmsil edən Rüfət Nəsibov və Əhməd Həsənov S2 kateqoriyasında 2-ci yer, Namazi Orucov və Zaur Mikayılov isə S4 kateqoriyasında 3-cü yer tutublar.

İsmət Dönməz adına Məhəllə Kubokunun final mərhələsində 44 iştirakçı 22 “offroad” avtomobili ilə iştirak edib.

Həmin kateqoriyadan