«Trabzonspor» həndbolçumuzla Super Liqada yarımfinala çıxa biləcəkmi?

Kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçusu Oleq Georgiyevskinin Türkiyə Super Liqasında forma geyindiyi «Trabzonspor» pley-off mərhələsində növbəti oyununa çıxıb.

Allsport.az saytı xəbər verir ki, «bordo-mavililər» 4-cü matçda evdə «Ankara BB» klubu ilə münasibətinə aydınlıq gətirib. Gərgin mübarizədə meydan sahibləri 28:23 hesabı ilə qalib gəlib.

Bu komandalar arasında ümümi hesab 2:1 qaradənizlilərin xeyrinədir. Aprelin 21-də daha bir görüş oynanılacaq. Əgər «Trabzonspor» qalib gələrsə, «Beşikdaş», «Amasya» və «Nülufər»in ardından yarımfinala adlayan tərəf olacaq.

Həmin kateqoriyadan