“Trabzonspor” heç-heçə etdi, Ramil Şeydayev yenə oynamadı

Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası “Trabzonspor” doğma meydanda “Ağhasar”la qarşılaşıb.

Qara dənizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar – 0:0. İlk 6 turdan fərqli olaraq, Ramilin adı bu görüşün iştirak ərizəsində yer alıb. Amma baş məşqçi Ərsun Yanal yenə onu meydana buraxmayıb.

“Bordo-mavililər” 7 turdan sonra 7 xalla 18 klub arasında 12-ci pillədədir.

Həmin kateqoriyadan