“Trabzonspor” Macarıstan klubuna qalib gəldi, Ramil Şeydayev 73 dəqiqə oynadı

Türkiyənin “Trabzonspor” klubu növbəti yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin komandası Macarıstanın “Dyor” klubu ilə qarşılaşıb.

Görüş qara dənizlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmvətənimiz əsas heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Həmin kateqoriyadan