“Trabzonspor” növbəti mərhələyə adladı, Ramil Şeydayev bir hissə oynadı

Türkiyə kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası növbəti sınağa çıxıb. “Trabzonspor” səfərdə aşağı liqa təmsilçisi “Çorum Bələdiyyəspor”la qarşılaşıb.

Görüşdə hesablı ev sahibləri açıblar. Qara dənizlilər bu qola yalnız matçın 85-ci dəqiqəsində cavab verə biliblər. Nəticədə, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. 109-cu dəqiqədə qələbə topunu vuran “bordo-mavililər” meydanı qalib tərk edərək, mərhələ adlayıb – 2:1.

Qeyd edək ki, baş məşqçi Ərsun Yanal futbolçumuzu bu matçda start heyətdə meydana buraxıb, fasilədə əvəzləyib.

Həmin kateqoriyadan