“Traktor” ilk dəfə dayandı

İran premyer-liqasının 8-ci turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, dünya Azərbaycanlılarının sevimlisi “Traktor” gözlənilmədən səfərdə “Sənət Naft”a 1:2 yenilib.

Təbrizin digər təmsilçisi “Maşinsazi” evdə “Naft MİS”lə qolsuz heç-heçə edib. Mövsümdə ilk məğlubiyyətini alan “qırmızı qurdlar” 17 xalla 2-ci sıraya enib, “Maşinsazi” 8 xalla 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan