“Traktor-Sazi” Asiya Çempionlar Liqasının qrup mərhələsini 1-ci yerdə adladı

Güney Azərbaycanın “Traktor-Sazi” klubu Asiya Çempionlar Liqasının “C” qrupunda 5-ci matçını keçirib. Allsport.az saytı xəbər verir ki, təbrizlilər səfərdə Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasını 2:0 hesabı ilə məğlub edərək, xalların sayını 12-ə çatdırıb.

Bu isə o deməkdir ki, “ağ-qırmızılar” son görüşün nəticəsindən asılı olmayaraq, ilkin mərhələni adlayıb. “Üstəlik, Əl Hilal”ın 8 xalı olduğundan, “Traktor-Sazi” raundu 1-ci yerdə bitirəcək. Təbriz təmsilçisi qrupda son oyununu Arazın o tayinda məhz bu rəqibə qarşı keçirəcək.

Həmin kateqoriyadan