“Traktor-Sazi” Kərəcdə “Saypa” ilə sülh bağlayıb

İran Pro liqasında 8-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlıların sevimlisi “Traktor-Sazi” Kərəc şəhərinin “İnqilab” stadionunda yerli “Saypa” ilə qarşılaşıb. Bərabər keçən matçda qapılara qol vurulmayıb – 0:0.

Digər Təbriz klubu “Maşınsazi” evdə Xuzistan “İstiqlal”ına 1:3 uduzub. “Göstəriş” bu gün doğma şəhərində Xorasanın “Padidəh” komandasını qəbul edəcək.

16 komandanın yer aldığı çempionatda hazırda “Traktorsazi” 16 xalla 2-yerdədir. “Maşınsazi” 15-ci (6) və “Göstəriş” 16-cıdır (5).

Həmin kateqoriyadan