“Traktor Sazi” uduzdu

İran çempionatında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanın paytaxtı Təbrizin “Traktor Sazi” klubu bu tur öz meydanında “Padideh Maşad”ı qəbul edib.

Oyun qonaqların qələbəsi ilə başa çatıb. Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan “Traktor Sazi” ikinci hissədə də oyunda dönüş yarada bilməyib. Qapısında daha bir qol görən Təbriz klubu oyundan xalsız ayrılıb – 1:3.

Qeyd edək ki, “Traktor Sazi” 19 turdan sonra 32 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan