“Traktorsazi” 1-ci yerə yüksəlib

İran premyer liqasında 22-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycanın “Traktorsazi” klubu evdə Xorasan “Padidəh”i ilə görüşüb.

Təbriz komandası bu qarşılaşmada 1:0 qalib gəlib. “Qırmızı qurdlar” qələbə sayəsində 43 xalla yarış cədvəlində öncüllüyə yiyələniblər.

Həmin kateqoriyadan