“Traktorsazi” 3 xalı 3 qolla qazandı

İran çempionatında 2-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə şəhərin digər təmsilçisi “Qostareş Fulad”la qarşılaşıb.

Matç “Traktorsazi”nin 3:1 hesablı qələbəsiylə yekunlaşıb. Cənubi Azərbaycan klubu hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Traktorsazi” ilk turda “Neft Tehran”la qolsuz bərabərliyə razılaşmışdı.

Həmin kateqoriyadan