“Traktorsazi” İran pro liqasında 3-cü yerə yüksəlib

İran pro liqasının 11-ci turunda Güney Azərbaycanın “Traktorsazi” klubu səfərdə “Peykan”la qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “Xəzər Lənkəran”ın sabiq uelsli baş məşqçisinin Con Toşakın rəhbərlik eydiyi komanda 2:1 qalib gəlib.

Təbrizin digər təmsilçisi “Maşinsazi” sabah evdə “İstiqlal” ilə üz-üzə gələcək. Bu gün qazandığı qələbədən sonra “qırmızı qurdlar” 19 xalla 3-cü pilləyə yüksəlib.

Həmin kateqoriyadan