“Traktorsazi” liderlə heç-heçə etdi, “Malavan” uduzdu

İran çempionatında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” və “Malavan” klubları da növbəti matçına çıxıb. “Traktorçular” doğma meydanda lider “İstiqlal” ilə qarşılaşıblar və 0:0 hesablı heç-heçəyə razılaşıblar.

Güney Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” komandası isə turu məğlubiyyətlə başa vurub. Bu komanda səfərdə “Saba Qom”a 0:1 hesabıyla məğlub olub.

Təbrizin elitadakı digər klubu – “Göstəriş” isə bu gün səfərdə “Persepolis”lı qarşılaşacaq. Qeyd edək ki, hazırda Cənubi Azərbaycan təmsilçilərindən “Göstəriş” 16 klub arasında 20 xalla 7-cidir. “Traktorsazi” 19 xal toplayıb və 8-ci pillədədir. “Malavan” isə 16 xalla 11-cidir.

Həmin kateqoriyadan