«Traktorsazi» qalib gəldi, digər 2 Güney Azərbaycan komandası heç-heçə etdi

İran Pro liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Təbrizi təmsil edən «Traktorsazi» səfərdə «Fulad»la qarşılaşıb. Gərgin mübarizədə Azərbaycan komandası qalib gəlib – 2:1. Tərəflər hərəyə 1 qırmızı vərəqə ilə də cəzalanıblar.

Digər Təbriz təmsilçisi «Göstəriş» evdə «Naft Tehran»la heç-heə edib – 1:1. Güney Azərbaycanın Ənzəli şəhərinin «Malavan» komandası da bərabər oynayıb. «Ağ-göylər» Xuzistanda «İstiqlal»ın qapısına yol tapa bilməyib (0:0).

Bu nəticələrdən sonra “Malavan” 16 klub arasında 6-cı (12 xal), “Göstəriş” 7-ci (12) və “Traktorsazi” 9-cu (10) yerdə qərarlaşıblar.

Həmin kateqoriyadan