“Traktorsazi” Təbrizdə “Əl-Cəzirə” klubu ilə heç-heçə edib

“Traktorsazi” Asiya çempionlar liqasının qrup mərhələsində 4-cü oyununu keçirib.

Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycan təmsilçisi Təbrizin 70 minlik İmam Yadigar stadionunda “Əl-Cəzirə” klubunu qəbul edib. Birləşmiş Ərəb Əmirliklərində 0:0 edən Ərtoğrul Sağlamın komandası, evdə də eyni nəticə göstərib – 1:1

“A” qrupunda yer alan “qırmızı qurdlar” 2 xalla sonuncudur. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna qarşı keçirəcək.

Həmin kateqoriyadan