“Traktorsazi”yə böyük hesabla qalib gəldi

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.

Allsport.az saytı xəbər verir ki, Ayxan Abbasovun komandası Təbrizin “Traktorsazi” klubunun 23 yaşlı futbolçuları ilə qarşılaşıb.

Qarşılaşma bizimkilərin qələbəsi ilə başa çatıb – 3:0. Qolları İlkin Muradov, Aleksandr Dedov və Mirsahib Abbasov vurublar.

Həmin kateqoriyadan