Trek üzrə respublika turnirinə start verilib

Velosiped idmanının trek növü üzrə test xarakterli respublika turnirinə start verilib. Trek üzrə respublika turnirinə start verilib Velotrekdə təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən müxtəlif klub və cəmiyyətlərin 40-a yaxın idmançısı ilə yanaşı, trek yığmamızın aparıcı üzvləri Olqa İsmayılova, Yelena Pavluxina, Elmar İsmayılov, Nicat Niftəliyev, Sirac Hüseynzadə və Sergey Omelçenko da iştirak edir.

İlk günün proqramına əsasən, qadınlar və kişilər arasında sprint, həmçinin skretç növlərində qaliblər müəyyənləşib. Sprint yarışlarında Olqa İsmayılova və Sergey Omelçenko, skretç növündə isə Yelena Pavluxina və Məhəmməd Ələkbərov hamıdan yaxşı nəticə göstərməklə respublika turnirinin qalibi olublar. Yarışa sentyabrın 5-də yekun vurulacaq.

Həmin kateqoriyadan