Trek velosipedçilərimiz Avropa çempionatına uğursuz başladılar

Xəbər verdiyimiz kimi, İsveçrənin Qrenhen şəhərində trek velosipedi üzrə keçirilən Avropa çempionatında idmançılarımız mübarizəyə qoşulub. Allsport.az xəbər verir ki, həm Olqa İsmayılova, həm də Sergey Omelçenko 200 metr məsafəyə sprint yürüşündə mübarizə aparıblar.

Sergey Omelçenko 200 metr məsafəyə sprint yarışında təsnifat mərhələsini dəf edə bilməyib və mübarizəni erkən dayandırıb.

Olqa İsmayılova təsnifat mərhələsində 11.282 saniyə göstərici ilə starta çıxan 19 nəfər arasında 12-ci nəticə göstərib. 1/8 finala vəsiqə uğrunda idmançımız hollandiyalı Laurine Van Riessenlə mübarizə aparıb. O, bu rəqibinə uduzsa da, mübarizə şansını saxlayıb. Bunun üçün idmançımız təsəlliverici yürüşdə ukraynalı Yelena Starikova və belçikalı Niki Deqrendeleyə qalib gəlməliydi. Amma o, bu mübarizədən də qalib ayrıla bilməyib və bununla da mübarizəni başa vurub.

Həmin kateqoriyadan