Triatlon komandalarımızın gələcək yarışlara hazırlığı müzakirə olunub

Triatlon federasiyasınında icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, ATF prezidenti Azər Məhərrəmovun rəhbərliyi ilə keçirilən görüşdə ilk olaraq millinin qarşıdan gələn yarışlara hazırlığı, gənclər komandasının perspektivləri və ən yaxın dövr üçün planlar müzakirə edilib. O, dünya triatlonunda yarış mövsümü tezliklə açılacağını deyib. Artıq martda ilk reytinq yarışlarına start veriləcək. Əsas komanda Kiprdə keçiriləcək yarışlara hazırlaşır. Martın 2-də Rostislav Pevtsov Əbu-Dabi şəhərində dünya seriyasının birinci mərhələsində çıxış edəcək. Bundan sonra o, və Kseniya Levkovskayanın bir sıra yarışlarda iştirakı planlaşdırılır.

ATF rəhbəri əlavə edib ki, Azərbaycanın gənclər yığması bu il İspaniyada ilk təlim-məşq-toplanışını keçirir. Valensiya şəhərindən 70 kilometr məsafədə yerləşən bu məkan təsadüfi seçilməyib. Orada triatlonçuların hərtərəfli hazırlaşması üçün gözəl imkanlar var. Təqvimə əsasən, komandamız Ukraynanın Jitomir şəhərində açıq çempionatda və başqa turnirlərdə iştirak edəcək.

Azər .Məhərrəmov planlar barədə danışarkən deyib: “Bizi çox maraqlı mövsümü gözləyir. Rostislav Pevtsov həqiqətən də planetin ən yaxşı 20 atletindən biri sayılır. Beynəlxalq reytinq cədvəlində idmançımız 16-cı yerdə qərarlaşıb. Gənc idmançılar nəsli yetişir. Qarşıya qoyduğu plan və vəzifələri həyata keçirən federasiya bu mövsüm olduqca məzmunlu fəaliyyət göstərməyi və məsuliyyətli olmağı vəd edir. Cari ildə idmançıları bir sıra böyük sınaqlar, o cümlədən Olimpiya təsnifat yarışlar gözləyir. Bu turnirlər Azərbaycan triatlonçuları üçün yeni çağırış olacaq”.

Həmin kateqoriyadan