Triatlonçumuz əməli olaraq Rio-2016-ya vəsiqə qazanıb

Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni olimpiya reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Rostislav Pevtsov sıralamada 26-cı pillədədir. İdmançımızın hesabında 2958,07 xal var.

Reytinqdə ilk 55 pillədə qərarlaşan idmançılar Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Bu o deməkdir ki, Rostislav Pevtsov əməli olaraq “dördilliy”ə lisenziyə sahib çıxıb.

Həmin kateqoriyadan