Triatlonçumuz öz ad gününə gümüş medal hədiyyə etdi

Triatlon millimizin üzvü Rostislav Pevtsov Çinin Çenqduda şəhərində keçirilən dünya kubokunun gümüş mükafatını qazanıb. Allsport.az xəbər verir ki, 1500 metrlik su məsafəsini idmançı, 20:35 vaxt çərçivəsində başa vurub.

Ardınca isə 40 km velodistansiyanı 56:26 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi – 10 kilometrlik qaçış zolağını Pevtsov 30:56 nəticəsilə başa vurub. Ümumi hesablamada, Rostislav 01:49:29 vaxt göstəricisilə 2-ci yerə çıxıb.

Bu idmançının ilk belə uğuru deyil. Apreldə o, Yeni Zelandiyada keçirilmiş dünya kubokunda bürünc medala yiyələnib. Qeyd edək ki, qazandığı uğur ona ad günü hədiyyəsi olub. Dünən Pevtsov 29 yaşını qeyd edib.

Həmin kateqoriyadan