“Tur Heyerdalın norveçlilərlə azərbaycanlıların bağlılığı barədə açıqlamasından xəbərim var”

Dünya çempionu Maqnus Karlsen “Shamkir Chess 2018” superturnirində ümumi mənzərəni dəyərləndirdi. Allsport.az saytı xəbər verir ki, norveçli şahmatçı bu yarışda həmyerlimiz Şəhriyar Məmmədyarovu əsas rəqiblərdən saydı:

“Bu yarışda əsas rəqib reytinqinə və yüksək formada olmasına görə Şəhriyardır. Ancaq burda çoxlu güclü şahmatçılar var ki, turnirin qalibi ola bilər. Sözsüz, Norveç səyyahı Tur Heyerdalı tanıyıram. Əslində şəxsən tanımıram. Çünki vəfat edib. Amma haqqında eşitmişəm. Onun norveçlilərlə azərbaycanlıların bağlılığı haqda dediyindən də xəbərim var. Elə buna görə burdayam (gülür). Daş üzərndə rəsmlərin əks olunduğu Qobustanda olmamışam.

Batumidə keçiriləcək Şahmat Olimpiadasında iştirak edib-etməyəcəyimi bilmirəm. Hələ buna qərar verməmişəm. Futbolda olduğu kimi, burda da əsas məqsəd maksimum xal qazanmaqdı. Azərbaycanda uğurlu çıxış edirəm. Bəlkə gələcəkdə də burdakı yarışlarda çıxış edəcəm”.

Həmin kateqoriyadan