Tural Axundov: Hesabı açıb arxayınlaşdıq

“Neftçi”nin müdafiəçisi Tural Axundov “Zirə” ilə oyundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, qalib gələcəyimizə inandığını deyib:

“Oyunun bu tempdə keçəcəyini gözləyirdik. Çünki “Zirə”nin baş məşqçisi Samir Abasovun necə məşq keçdiyini bilirəm. Rəqibin istəkli olduğu görünürdü. Bununla belə, biz onlardan daha istəkli idik.

Düzdür, hesabı açandan sonra sanki bizdə arxayınlaşma oldu. Amma rəqib hesabı bərabərləşdirəndən sonra özümüzə gəlib qol vurduq. Qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. Artıq gələn oyuna köklənməliyik”.

Həmin kateqoriyadan