Tural Nərimanov: “Keşlə” ilə oyunda qələbə həsrətinə son qoymaq istəyirik

“Rəqibimiz son oyunlarda yaxşı çıxış edir, inamlı təsir bağışlayır. Sonuncu turda “Qarabağ”la görüş onların necə komanda olduğunu göstərdi. Amma bu, bizi əsla qorxutmur”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in əsas komandasının üzvü Tural Nərimanov deyib. Müdafiəçi Topaz premyer liqasının 22-ci turunda “Keşlə” ilə çətin oyunun gözlədiyini sözlərinə əlavə edib:

“Neçə oyundur ki, qələbə qazanmırıq. Buna “Keşlə” ilə oyunda son qoymaq istəyirik. Əsas məqsədimiz azarkeşlərimizi sevindirməkdi. Rəqibi təhlil etmişik, buna uyğun da hazırlaşmışıq. Məşqçilər hər məşqdə müvafiq tapşırıqlarını veriblər. Onlara qarşı necə çıxış etməli olduğumuzu bilirik”.

 

Həmin kateqoriyadan