Turan Bayramov: Finalda iranlı güləşçiyə rahat qalib gəldim

Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarında 65 kq-da qızıl medal qazanan Turan Bayramov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, həm də dünya və Avropa birinciliklərinin qalibi olan istedadlı sərbəst güləşçi qalib olacağına inandığını deyib:

“İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Gənclər və idman nazirliyi, milli olimpiya komitəsi və güləş federasiyasına təşəkkür edirəm”.

Həmin kateqoriyadan