“Turan” finalda “Tovuz”a qalib gəlib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə Qərb bölgəsi üzrə futnet turniriniə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Tovuz Olimpiya İdman Kompleksində keçirilən yarış olimpiya sistemi üzrə baş tutub. Gərgin keçən pley off mərhələsindən sonra bürünc medal uğrunda oyunda “Qazax” və “Gəncə 020” komandaları üz-üzə gəlib. Qələbəni bayram edən gəncəlilər bürünc medallara sahib olublar.

Finalda Tovuzun 2 təmsilçisi “Tovuz” və “Turan” qarşılaşıb. Daha üstün oyun sərgiləyən “Turan” çempionluğu bayram edib. Mükafatlandırma mərasimində AFNA-nın prezidenti Vüqar Xəlilov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Bayramova, Tovuz Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov, veteran futbolçular Ruslan Abbasov, Elxan Abdıyev, Nizami Sadıqov, Eltay Aslanov, Samir İsmayılov və digərləri iştirak ediblər.

Qaliblərə medallar, diplom və kuboklar təqdim olunub. Yarışın keçirilməsində və futtnet idman növünün inkişafında göstərdikləri dəstəyə görə də Süleyman Tağıyev, Kərim Kərimov, Mübariz Məmmədova fəxri fərman təqdim olunub. Qeyd edək ki, mükafatçılar sırasına düşəcək komandalar may ayının 27-28-i tarixlərində Bakıda keçiriləcək super finala vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan