“Turan-Tovuz” bəyanat yaydı: Oqtay Abdullayevdən razıyıq”

Son günlər mətbuatda “Turan-Tovuz” haqqında xoşagəlməz yazılar yer alıb. Allsport.az saytının məlumatına görə, klub rəhbərliyi ilə yanaşı, uşaq futbol məktəbində çalışan məşqçilərimiz də bu iftiraların hədəfinə çevrilib. Qeyd olunur ki, güya klubda çalışan məşqçilər qorxduqları üçün danışmırlar, şəraitsizlikdən, maaşın azlığından gileylənə bilmirlər. Belə qarayaxma kampaniyası məşqçiləri də narahat edir. Məhz bu səbəbdən onlar da öz fikirlərini bildirməyi lazım biliblər. “Turan-Tovuz”un mətbuat xidmətinin yaydığı uşaq futbol məşqçilərinin açıqlamalarını diqqəqə çatdırırırq.

Ruslan Abbasov: “Nə rəhbərlikdən nə də idarəçilikdən narazılığımız var. Heç bir haqsızılq görməmişəm. Məşq keçməmiz üçün normal şərait yaradılır, ekipiriovka, top, geyimlə təmin olunuruq. Oqtay Abdullayev hər ev oyunumuzda stadionda olur. Əsas komanda, işçilərlə yanaşı bizimlə də daim maraqlanır, fikri mübadiləsi aparırıq. Kimdənsə qorxmaq, çəkinməkdən söhbət gedə bilməz. Biz öz işimizə cavabdehik, yaradılan şəraitdən münasibətdən də razıyam”.

Nizami Ocaqverdiyev: “Heç kimdən narazılığım yoxdur. Aldığım məvacib yaradılan şəraitdən razıyam. Həm məşqlərə həm də oyunlara normal hazırlaşırıq. Toplarımız, geyimimiz var. İşimiz Tovuz futboluna xidmət etməkdir. Allahdan başqa heç kimdən qorxum yoxdu. Hər hansı narazılığım olsa sözümü deməyi bacaran adamam. Oyunlara da gedəndə heyəti, futbolçu sayını özüm müəyyənləşdiririəm. Kimsə müdaxilə etmir. Əsas odur ki, futbolçu yetişdirmək üçün şəraitimiz normal səviyyədədir”.

Elxan Abdıyev: “Rəhbərlikdən narazılım olsa çalışmaram. Deməli hər şey qaydasındadır. Məşqçi üçün əsas şəraitdir ki, hər şey yüksək səviyyədə təmin olunur. Rəhbərliyin də dəstəyini daim hiss edirik. Oqtay Abdullayev bu mövsüm başlayandan azı 3 dəfə bizimlə, yəni uşaq futbol məktəbi ilə ayrılıqda iclas keçirib, problemlərimizlə maraqlanıb. I Divizionda olan komandalardan demək olar heç birində bizdə olan qədər məşqçi çalışmır. Tovuz futbolunda əziyəti keçən məşqçilər işlə təmin olunub, nəticələrimiz də normaldır. Çəkinmək, qorxmaq kimi ifadələr olduqca yalnışdır. Kimdən qorxmalıyam və niyə qorxmalıyam? Bizim işimiz futbola xidmət etməkdir. Bunun üçün əlimizdən gələni edirik. Səfər oyunlarına da tam heyətlə yollanırıq. Hətta valideynləri belə oyuna baxmaq üçün aparırıq”.

Etimad Qurbanov: “Narazılığı olan adam məcburi işlədilməz. Komandam yüksək yerlər uğrunda oynayır. Məşq keçmək üçün hər cür şərait yaradılıb. Bizim üçün vacib olan budur. Heç bir haqsızlıq görməmişəm. Kimdənsə qorxum yoxdur. Sözümü, narazılığımı deməyə qadir adamam. Rəhbərlik daim bizimlə maraqlanır, problemlərimizi dinləyir”.

Kamal Ələkbərov: “Oqtay Abdullayevdən heç-bir narazılığım yoxdur. Məşq üçün normal şəraitimiz inventarımız var. Hər hansı problem olanda sözümüzü deyirik. Rəhbərlik də problemlərimizlə maraqlanır, bizimlə görüşlər keçirir”.

Vəkil Alıyev: “Hər şey qaydasındadır. Nə maaşımdan narazıyam nə də ki, şəraitdən. İmkanlar daxilində hər cür köməklik göstərilir. Sağ olsun rəhbərlik hər cür dəstək verir, problemlərimizlə maraqlanır. Səfər oyunlarına gedəndə tam heyətlə yollanırıq. Oyuna klubun avtobusu ilə gedirik. Valideynləri belə özümüzlə aparırıq ki oyunları izləsinlər. Formamız, inventarımız hər şey yerli-yerindədir. Kimdənsə qorxmaqdan söhbət gedə bilməz. Fikrimizi ifadə edə, problemlərimizi deyə bilirik”.

Əli Əhmədov: “Oqtay Abdullayevdən razıyam. Bizimlə tez-tez görüşüb fikir mübadiləsi aparır, problemlərimizlə maraqlanır. Maaş da razılaşdığım məbləğdi. Mən qapıçı məşqçisiyəm. Uşaqlara məşq keçməyim üçün hər cür şərait var”.

Həmin kateqoriyadan