“Turan Tovuz” Gürcüstan klubunu məğlub etdi

İkinci dövrənin hazırlıqlarını doğma rayonda davam etdirən “Turan Tovuz” hazırlıq çərçivəsində son yoxlama görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, Səlahəddin Dərvəndin rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Qaqra” klubu ilə qüvvəsini sınayıb. Tovuz şəhər stadionunda keçirilən matçdan qərb təmsilçisi 3:1 hesqabı ilə qalib ayrılıb. Komandanın heyətində Ramil Mansurov het-trik edib.

Qeyd edək ki, “Turan Tovuz” bundan öncə “Şəmkir”i 2:0, “Göyəzən”i 1:0, Gürcüstanın digər təmsilçisi “Kolxi”ni isə 5:0 hesbaı ilə məğlub etmişdi. Matçdan sonra istirahətə buraxılacaq komanda 2 gün sonra yenidən bir araya gəlib ikinci dövrənin ilk oyununa “Göyəzən”lə qarşılaşmanın hazırlıqlarına start verəcək.

Həmin kateqoriyadan