“Turan Tovuz” Kvarastxeliyanı yola salır?

“Turan Tovuz” baş məşqçi Badri Kvarastxeliyanı istefaya göndərməyə hazırlaşır. Allsport.az saytının rekord.az-a istinadən məlumatına görə, buna səbəb komandanın cari mövsüm o qədər də uğurlu çıxış etməməsidir.

Baxmayaraq ki, hazırda Birinci divizionda 25 xalla 5-ci yerdə olan ölkə çempionunu lider «Neftçala»dan 4 xal ayırır. Yarışda isə, cəmi 12 tur arxada qalıb.

Həmkarımızın ehtimalına əsasən, Tovuz təmsilçisi uzun müddət bu komandanın şərəfini qorumuş Nizami Sadıqovla danışıq aparıb. Gürcüstanlı mütəxəssis göndəriləcəyi halda, onu veteran qapısı əvəzləyəcək.

Həmin kateqoriyadan