“Turan Tovuz”da Müşahidə Şurası yaradıldı, gələn mövsüm Premyer Liqaya qayıdır

Bir neçə gün öncə “Turan Tovuz”da rəsmən Müşahidə Şurası yaradıldı. Allsport.az saytı xəbər verir ki, 5 nəfərdən ibarət şuraya olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin direktoru, AFFA-nın nəzdində Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayev sədr seçildi.

Üzvlər isə Tovuz rayon icra hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimov, iş adamı Oqtay Hümbətov, veteran futbolçu Zahid Əsgərov və Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Ramiz Allahverdiyevdi. İcraçı direktor funksiyası millinin və “Turan”ın sabiq hücumçusu Nadir Nəbiyevə həvalə olunub.

İndiyədək Premyer Liqanın bir neçə klubunda Müşahidə Şurası yaradılıb. “Turan Tovuz” bu addımı atan ilk I Divizion təmsilçisidi. Sportinfo.az-ın məlumatına görə, son yenilik rayonun icra başçısı Tofiq Zeynalovla razılaşdırılıb.

Ona vəd olunub ki, AFFA kluba yeni sponsorlar cəlb edəcək və gələn mövsüm Preymer Liqada mübarizə aparacaq. İcra Hakimiyyəti yalnız bəzi təşkilati məsələlərin həllini üzərinə götürəcək, əsas maliyyə isə SOCAR-dan ayrılacaq. Bundan əlavə, infrastrukturun yenilənmə və genişləndirilməsinə başlanacaq, akademiya fəaliyyətə başlayacaq.

Həmin kateqoriyadan