“Turan Tovuz”da yeni baş məşqçi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan “Turan Tovuz”un yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Allsport.az xəbər verir ki, Tovuz təmsilçisini bundan sonra Əfqan Talıbov çalışdıracaq.

Qeyd edək ki, “Turan Tovuz”u mövsümün əvvəlindən gürcü mütəxəssis Badri Kvaratsxeliya çalışdırırdı. Amma onun rəhbərliyi altında komanda qənaətbəxş çıxış etmədiyindən, rəhbərlik tərəfindən istefaya göndərilmişdi.

“Turan Tovuz” mövsümün geridə qalan 15 oyunda 9 qələbə qazanıb, 1 oyunda heç-heçə edib, 9 görüşdə isə məğlubiyyətlə üzləşib. Komanda hazırda 16 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.

Həmin kateqoriyadan