“Turan Tovuz”u dayandırdı

1-ci divizionunda 6-cı turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun günündə 3 görüş baş tutub.

Son çempion MOİK səfərdə “Ağsu”nu 4 cavabsız qolla məğlub edib. “Kəpəz” səfərdə “Sabah”ın əvəzedici komandası üzərində qələbəyə sevinib (1:0).

Geridə qalan turlarda ardıcıl 5 qələbə qazanan “Turan Tovuz” isə bu dəfə “Keşlə”nin əvəzedicilərinə 0:2 məğlub olub.

Bu turda “Sumqayıt-2” istirahət edir.

Həmin kateqoriyadan