Türk şurası universitet idman oyunlarında 8 cüdoçumuz çempion olub

“Sərhədçi” Olimpiya İdman Kompleksində türk şurası universitet idman oyunlarına start verilib. Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda Azərbaycan, Türkiyə və Qazaxıstan cüdoçuları medallar uğrunda mübarizə aparırlar.

İlk gündə bütün çəki dərəcələrində qalibərin adına aydınlıq gəlib. Millimizdən Kəramət Hüseynov (60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (81 kq), Firudin Dadaşov (90 kq), Cəlil Şükürov (+100 kq), Aişə Qurbanlı (48 kq), Günel Həsənli (78 kq) bütün rəqiblərinə qalib gəliblər.

Sabah cüdoçular komanda yarışında qüvvələrini sınayacaqlar.

Həmin kateqoriyadan