Türkiyə klubu azərbaycanlı futbolçunu sərbəst buraxdı

Mövsümün əvvəlində Türkiyənin “Girəsunspor” klubuna transfer olunan azərbaycanlı futbolçu Ayaz Mehdiyev hazırda məşq prosesini vətənində davam etdirir. Allsport.az xəbər verir ki, keçirdiyi ağır zədə səbəbiylə klub onu 5 aylığına sərbəst buraxıb.

Klub prezidenti Mustafa Bozbağ futbolçu ilə bağlı açıqlamasında bunları deyib: “Zədəli olduğu üçün onu 5 aylıq sərbəst buraxdıq. Hazırda Azərbaycanda məşqlərinə davam edir. Onu gələcəkdə yenidən komandaya qatacağıq. Ayazın bizə faydalı olacağına inanırıq”.

Qeyd edək ki, Ayaz Türkiyə PTT 1-ci Liqasında cari mövsüm ərzində zədəsinə görə heç bir matçda forma geyinməyib.

Həmin kateqoriyadan