Türkiyə klubu “Qarabağ”dan aldığı futbolçudan imtina edir

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem tezliklə klubsuz qala bilər. Allsport.az xəbər verir ki, ötən yay onu sıralarına qatan Türkiyənin “Əskişəhərspor” klubu Ağdam klubundan aldığı futbolçunu qışda heyətindən uzaqlaşdırmağa hazırlaşır.

Məşqçilər korpusu makedoniyalı futbolçunun çıxışından razı deyil. Mövsümün əvvəlindən cəmi iki rəsmi oyuna çıxan futbolçu ümidləri doğrultmadığından, onu komandada saxlamaq istəmirlər.

Qeyd edək ki, “Əskişəhərspor” 11 turdan sonra cəmi 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan