Türkiyə klubu Rəhman Hacıyevlə yollarını ayırdı

Azərbaycanlı futbolçu Rəhman Hacıyev Türkiyənin “Qaziantep BB” klubu ilə yollarını ayırıb. Allsport.az хəbər verir ki, bu barədə klubun baş məşqçisi Hakan Kutlu qardaş ölkə mətbuatına açıqlamasında məlumat verib.

O, bildirib ki, Rəhmanla müqaviləni qarşılıqlı razılıq əsasında pozublar. “Qaziantep BB” rəhbərliyi mövsümün qalan dövrü üçün daha güclü heyət qurmağı planlaşdırdığından və Hacıyevin gücünü yetərsiz saydığından, onunla yollar ayrılıb.

Hacıyev bundan sonra karyerasını harada davam etdirəcəyi hələlik, məlum deyil.

Həmin kateqoriyadan